(1.2.1913, Şamaxı ş. – 30.7.1987, Bakı) – pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi (1973). Azərbaycan Pedaqoji İnstitunu bitirmişdir. Xalq Maarif Muzeyində məktəbəqədər tərbiyə kabinetinin müdiri, Xalq Maarif Komissarlığının məktəbəqədər tərbiyə kabinetində metodist vəzifəsində işləmişdir. Ailəsi ilə birlikdə müvvəqqəti yaşadığı Oğuz rayonunda Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə kabinetinin müdiri olan Gülrux Qədimbəyovanın təklifi ilə 30 oktyabr 1951 ildə uşaq bağçası açmış və ona rəhbərlik etmişdir. Bakıya qayıtdıqdan sonra 1955-60 illərdə 1 saylı uşaq bağçasında tərbiyəçi və müdir vəzifəsində çalışmışdır. Maarif Nazirliyinin məktəbəqədər tərbiyə şöbəsinə dəvət edilmiş və 1962-69 illərdə həmin şöbənin nəzdindəki məktəbəqədər tərbiyə metodkabinetin müdiri olmuşdur. 1969 ildə APİ-nin məktəbəqədər tərbiyə kafedrasında baş müəllim vəzifəsinə dəvət edilmişdir. Uşaq bağçaları ilə bağlı bir sıra kitab və proqramların tərcümələrinin müəllifidir.
Məlumat İ. Əfəndiyevdən alınmışdır.