(14.6.1926, Bakı – 21.2.1999, Bakı) – Azərbaycan filoloqu, filologiya elmləri doktoru (1981), professor. Bakı Piyada Qoşunları Məktəbini və Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır.Hacıqabul rayonunun Tağlı, Tava və Cəngən kəndlərində muəllim və məktəb mudiri vəzifəsində çalışmışdır. Kirovabad (Gəncə) Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuş, Bakıda Sabir adına Pedaqoji Məktəbdə və Naxçıvan Özəl Universitetində dərs demişdir. Bir sıra elmi, publisistik məqalələrin və kitabların müəllifidir. Almatı, Daşkənd, Moskva, Ufa, Nukus və s. şəhərlərdə keçirilmiş türkoloji konfransların, Turkiyədə keçirilmiş I Azərbaycan millətlərarası konfransının iştirakçısıdır. Məmoc təxəllüsü ilə şeirlər yazmışdır.
Məlumat ailəsindən alınıb.