1804 il Nizamnamәsinә әsasәn Rusiyanın quberniya vә qəza şәhәrlәrindә gimnaziyaya şagirdlәr hazırlamaq mәqsәdi ilә açılmış yüksәk tipli ibtidai mәktәblәr. 1828 ilәdәk ikiillik, sonra üçillik olmuşdur. İlahiyyat, rus dilinin qrammatikası (әhalisi başqa dildә danışan yerlәrdә hәm dә yerli dilin qrammatikası), hesab, hәndәsә, coğrafiya, tarix, hüsnxәt, rәsm vә rәsmxәt fәnlәri keçilirdi. Azәrbaycanda Qəza məktəbləri 1830 ildә yaradılmışdı. Bakı, Gәncә, Naxçıvan, Şәki, Şamaxı, Şuşa vә s. şәhәrlәrdә açılmış qəza məktəbləri maarif vә mәdәniyyәtin inkişafına müsbәt tәsir göstәrdi. 1872 ildәn qəza məktəbləri әsasında şәhәr mәktәblәri yaradıldı.
Əd.: ASE, III cild, Bakı, 1979, s.129