Xovsuz xalça növü. Görünüşcə hörüyü, yaxud sünbülü xatırladan “qayıq” adlı texniki üsulla toxunur. İlk istehsal mәrkәzi Şirvan (Şamaxı) zonası olan Sumax sonralar Azәrbaycanın digәr yerlərində, elәcә də İran və Dağıstanda yayılmışdır. Sumaxların arasahə kompozisiyası böyük ölçülü medalyonlar (çoxbuçaqlı, düzbucaqlı, rombşəkilli), stilizə edilmiş nәbati motivlər, bəzən də heyvan və quş tәsvirləri ilə bəzədilir.
Enli arahaşiyə qurşağı S-varı elementlərlә formalaşan “dolanqaç” (meandr) adlı kәnar haşiyә ilə әhatəlәnir. 18-20 әsrlərdə Azərbaycanda (Quba, Qusar və s.) toxunmuş ən yaxşı Sumax nümunәlәri Azərbaycanın və eləcə də xarici ölkələrin bir çox muzeylәrində (Londondakı Viktoriya və Albert muzeyi, Vaşinqtondakı Tekstil-muzey, Nyu-Yorkdakı Metropoliten-muzey və s.) saxlanılır.
Əd.: ASE, IX cild, Bakı, 1987, səh.74