19 əsrin ortalarında Qafqazda “Müqəddəs Nina” xeyriyyә cәmiyyәtinin qızlar üçün açdığı tәһsil müәssisәsi. “Müqəddəs Nina” məktəbləri Tiflis (1846), Kutaisi (1847), Şamaxı (1848; 1859 ildә Bakıya köçürülmüşdür), İrəvan (1850) Gəncə (1885) və s. şәһәrlәrdә fәaliyyət göstərmişdir. Tәһsil pullu idi; “Müqəddəs Nina” məktəblərində, əsasən, zadəgan və məmurların uşaqları oxuyurdular. Dərslər rus dilində aparılırdı. Rus dili, һesab və əl işləri tədris edilirdi. 1918 ildə ləğv olunmuşdur.
Əd.: ASE, VII cild, Bakı, 1983 s.118