Şamaxıda 19 əsrə aid türbələr kompleksi. Qәbiristandadır. Şamaxı һakimi Mustafa xanın ailә üzvlәri üçün tikilmiş 7 türbədən 4-ü salamat qalmışdır. Azərbaycanın sәkkizbucaqlı türbələr qrupuna daxil olan bu abidə yonulmuş ağ daşdan inşa edilmiş vә çatmatağlı günbəzlə örtülmüşdür. Xanın anasının dәfn edildiyi türbәnin kitabәsindә (1810) memarın adı (“Ustad Tağı memar”) һәkk edilmişdir. Yeddi Günbəz kompleksindəki türbələrin hamısı kompozisiyasına görə eynidir, yalnız giriş hissələrinin memarlıq tərtibi müxtəlifdir. Bu baxımdan 1816/17 ilə aid türbənin baştağlı girişi diqqətəlayiqdir.
Əd.: ASE, V cild, Bakı,1981, s. 101