(24.4.1968, Şamaxı r-nunun Həmyəli k.) – folklorşünas, filologiya üzrə fəlsəfə doktoru, 29 Mayıs Universitetinin (İstanbul, Türkiyə) professoru (2015). Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan Respublikası Tələbə-Gənclər İttifaqı Bakı Komitəsinin sədri (1993-94), “Anadolu Haber Acansı”nda (1995-98), “Lider Media”da (1998-2003) redaktor vəzifəsində çalışmışdır.
Hazırda Azərbaycan MEA Folklor İnstitutunda işləyir. Azərbaycanda və xaricdə dərc edilmiş 70 elmi, 200-dən çox publisistik məqalənin, 4 monoqrafiyanın, 2 dərs vəsaitinin, “Şamaxıdan başlanan yol”, “Deminskinin materiallarında Şirvanın tarixi, etnoqrafiyası və folkloru”, “Azərbaycan aşıq sənəti: ənənə və novatorluq” və s. kitabların müəllifidir.
Məlumat Q. Sayılovdan alınmışdır.