(25.6.1982, Bakı) – tarixçi-arxeoloq, tarix üzrə fəlsəfə doktoru (2014). Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bakalavr, Sumqayıt Dövlət Universitetini magistr pilləsi üzrə bitirmişdir. Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda laborant, Arxeologiya və Etnoqrafiya İnstitutunda böyük laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır. Əsas tədqiqat sahəsi Azərbaycanın Şirvan bölgəsinin ilk orta əsr arxeoloji abidələri (Şamaxı materialları əsasında) ilə bağlıdır. Şamaxı arxeoloji ekspedisiyasının tərkibində elmi tədqiqat işləri aparır. Bir sıra elmi əsərlərin müəllifidir. Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisidir.
Məlumat L. Əhmədovadan alınmışdır.