(14.1.1929, Bakı – 4.8.2000, Bakı) – Azərbaycan folklorşünası, filologiya elmlər doktoru (1973). Əzizə Cəfərzadənin qardaşıdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Şamaxı rayonunun müxtəlif məktəblərində müəllim və direktor vəzifəsində çalışmışdır. Şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşrində böyük əməyi olmuşdur. Ona yaxın kitabın, o cümlədən də 1994 ildə nəşr etdirilmiş “Şamaxı” kitabının müəlliflərindəndir. Bir sıra beynəlxalq elmi forumların iştirakçısıdır.
Məlumat ailəsindən alınmışdır.