(16.11.1980, Şamaxı r-nunun Sabir q.) – ərəbşünas, tərcüməçi, ərəb məhcər (mühacirət) ədəbiyyatının tədqiqatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru (2011). Qafqaz Universitetində bakalavr, Mərmərə Universitetində (Türkiyə) magistratura təhsili almışdır. Suriya Ərəb Respublikasının Dəməşq Universitetinin ərəb dili və ədəbiyyatı bölməsində qonaq tələbə kimi təhsilini davam etdirmişdir. Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun elmi işçisidir. “Ərəbcə-Azərbaycanca siyasi-hərbi terminlər lüğəti”nin (Bakı, 2012) müəlliflərindəndir. Livan şairi Mixail Nuaymənin ərəb dilindən tərcümə etdiyi “Kipriklərin pıçıltısı” adlı şeirlər kitabı 2014 ildə çapdan çıxmışdır.
Məlumat M. Həmidovdan alınmışdır