(15.6.1980, Şamaxı ş.) – tarixçi-pedaqoq, pedoqoji elmlər üzrə fəlsəfə doktoru (2009). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 2008 ildən ADPU-nun tarix fakültəsinin həmkarlar ittifaqının sədri, fakültə Elmi Şurasının elmi katibidir. Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyində icraçı direktor vəzifəsində çalışmışdır (2009-10). Hazırda ADPU-nun və BDU-nun tarix fakültələrinin müəllimidir. 2015 ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının elmi katibidir. Şamaxının millət vəkili Elxan Süleymanovun rayondakı səlahiyyətli nümayəndəsidir. 2014 ildən Azərbaycanda İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun Şamaxı ofisinin rəhbəridir. Respublikada və xaricdə nəşr olunmuş bir çox elmi məqalənin və 3 elmi tədqiqat əsərinin müəllifidir.
Məlumat D. Musayevdən alınmışdır.