Şamaxı r-nununda, Cabanı kəndinin cənubunda min. bulaqlar. Suyu soyuq və kükürdlü olub, 12 bulaqdan ibarətdir. Yerli əhali tərəfindən müalicə məqsədilə istifadə edilir. Adını yerləşdiyi kəndin adından almışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.117.