Şamaxı r-nu ərazisində Haramı silsiləsinin şimal hissəsində zəif fəaliyyətdə olan böyük palçıq vulkanı. Adı qala və mal (bir çox qədim xalqların toponimiyasında dağlıq ərazilərin adlandırılmasında işlədilən coğrafı termin) komponentlərindən düzəlib, “qala olan yüksəklik” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s.12