Şamaxı r-nunun şərq hissəsində dağ. Qurbançı kəndindən şərqdə, Qız qalası (Gülüstan qalası da adlanır) dağı ilə üzbəüzdür. Dağın qərb tərəfındə Şəhərgah adlı qədim yaşayış yeri vardır. Hün. 779 m. Yerli məlumata görə, Qız qalası dağında yaşayan qıza aşiq olmuş bir oğlan, yaxınlıqda yerləşən dağda qala tikdirdiyi üçün həmin dağ belə adlanmışdır. Tədqiqatçılara görə, hər iki dağda vaxtilə gözətçi məntəqələri olmuşdur. Ehtimal etmək olar ki, bu dağların yüksək olanı Oğlan qalası, nisbətən alçaq olanı isə Qız qalası adlandırılmışdır.
Əd:.“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s.141