(29.12.1901, Şamaxı ş. – 30.6.1985, Bakı.) – Azərbaycan psixoloqu, Azərbaycan SSR-in əməkdar həkimi, pedaqoji elmlər namizədi (1933), tibb elmləri namizədi (1939). Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir (1925). 1926 ildə respublikada ilk eksperimental psixoloji laboratoriyanı yaratmış və burada özünün dərin elmi axtarışlarına başlamışdır. 1948 ildə sovet repressiyalarının qurbanı olmuş, 1953 ildə əfv edilmişdir. 1954 ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun psixologiya kafedrasının müdiri seçilmişdir. 60 illik elmi axtarış dövründə F.Ə. İbrahimbəyov psixologiya elminə 80 – dən artıq orijinal əsər bəxş etmişdir ki, bunların 50 – dən çoxu azərbaycan, rus, fransız və ingilis dillərində çap olunmuşdur. 20 ilə yaxın psixologiya kafedrasında müdirlik etmiş, 15 ildən artıq Psixoloqlar Cəmiyyəti Azərbaycan şöbəsinə rəhbərlik etmiş, Cəmiyyətin Mərkəzi Sovetinin üzvü, demək olar ki, psixoloqların Zaqafqaziya konfranslarının hamısının təşkilat komitəsinin üzvü seçilmişdir. K. N. Kornilovun “Psixologiya” dərsliyinin Azərbaycan dilinə tərcüməsinin, sonra psixopatalogiya üzrə dərs vəsaitinin elmi redaktoru olmuşdur. Psixoloqların XVI, XVIII və XIX beynəlxalq Konqreslərində çıxış etmişdir. Şərəf nişanı ordeni və medallarla təltif edilmişdir.
Məlumat ailəsindən alınmışdır.