(1877, Şamaxı r-nunun Nərimankənd k. – 16.4.1974, orada) – Sosialist Əməyi Qəhrəmanı (1948). Azərbaycanda sovet hakimiyyəti qurulana qədər Dərəkənd k.-də əkinçilik və heyvandarlıqla məşğul olmuş, sonra isə Telman adına kolxozda çoban, manqabaşçısı işləmişdir (1935-68). 1947 ildə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.
Əd.: ASE, IV cild, Bakı, 1980 s. 552