(5.12.1951, Şamaxı ş.) – Azərbaycan fizioloqu, biologiya elmlər doktoru (1996). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1973). Tibb İnstitutunun biologiya kafedrasında, daha sonra isə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışmışdır. 1999-2004 illərdə Qərb Universitetində müəllim, daha sonra isə magistratura şöbəsinin dekanı vəzifəsində işləmişdir. 2004-09 illər ərzində davamlı inkişaf və ətraf mühitin qorunması sahəsində müstəqil ekspert, 2004-05 illərdə Londonda yerləşən “Din, Elm və Ətraf Mühit” (“RSE”) Beynəlxalq Komitənin “Xəzər dənizi: Böyük sivilizasiyalar arasında Əlaqə” adlı layihəsinin Azərbaycan üzrə koordinatoru kimi fəaliyyət göstərmişdir. 2005-09 illərdə BMT-nin Layihə Xidmətləri üzrə Ofisinin və ÜST-nin Qlobal Fondunun Azərbaycanda həyata keçirilən layihələrinə, 2010-14 illərdə isə özəl konsaltinq firmasına rəhbərlik etmişdir. Hazırda Azərbaycan MEA Fiziologiya İnstitutunun direktorudur. Əsas tədqiqat sahəsi müasir ekoloji şəraitdə insanın morfoloji və funksional xüsusiyyətlərinin müxtəlifliyi ilə bağlıdır.
Məlumat AMEA-nın (http://science.ab.az) saytından götürülmüşdür