(28.11.1954, Bakı) – Azərbaycan şərqşünası, filologiya elmləri doktoru (2007), professor (2008). Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir (1978). ASE-də elmi redaktor və İranda tərcüməçi kimi çalışmışdır. 1982 ildən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda işləmişdir. Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin dekanı olmuşdur (2002-14). 2008 ildən BSU-nun türkologiya kafedrasının professorudur. 75-dən artıq elmi məqalə, 4 monoqrafiya, 1 metodik vəsait və 2 dərs vəsaitinin müəllifidir.
Məlumat E. Piriyevdən alınmışdır.