(13.3.1928, Bakı) – Azərbaycan ginekoloqu, tibb elmləri doktoru (1974). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1968 ildən Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda mama-ginekologiya kafedrasının müdiri olmuşdur. 1982-89 illərdə Azərbaycan Respublikasının Baş ginekoloqu, 1974 ildən Azərbaycan Mama-Ginekoloqlar Cəmiyyətinin sədri olmuşdur. Tədqiqatı əsasən, qadınlarda endemik ur xəstəliyinin yumurtalıqların funksiyasına təsiri və s. məsələlərin öyrənilməsinə həsr olunmuşdur. 165 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir. Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Əd.: ASE, IV cild, Bakı, 1980, s.567