Şamaxı ş. şimalda, Pirdirəki dağının şərq ətəyində 11-13 əsrə aid yaşayış yeri. 1966-68 illərdə F.İbrahimovun iştirakı ilə aparılan arxeoloji tədqiqat işləri zamanı aşkar edilmişdir. Əhəng, qarışdırılmış palçıqdan istifadə olunmaqla tikilmiş bina qalıqları, şirli və şirsiz saxsı məmulatı, şüşə qab parçaları və bilərziklər tapılmışdır.
Əd.: K.Fərhadoğlu “Qədim Şirvan elinə səyahət”, Bakı, 2005