Geniş yayılmış ən sadə və qədim qəbir tiplərindəndir. Əsasən dördbucaq və oval formadadır. Ölüləri qəbirə az və ya çox bükülü halda qoyurdular. Adətən qəbirin ölçüləri böyük götürülür, bəzən eni 2 metr, uz. 4 metr olurdu. Qəbirə məişət əşyaları və qurbanlıqlar da qoyulurdu. Torpaq qəbirlər Şamaxıda Xınıslı və Çıraqlı abidələrində aşkar olunmuşdur.
Əd.: Şamaxı Tarix Diyarşünaslıq Muzeyi Bakı, 2009, s.44