(18 əsr). Azərbaycan əczaçısı və “Siracüt-tibb” (“Tibbin çırağı”) əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsxələri göstərilmişdir. “Siracüt-tibb” orta əsr Azərbaycan əczaçılarının stolüstü kitabı olmaqla yanaşı, qonşu Şərq ölkələrində də məşhur idi. Kitabda mürəkkəb tərkibli nüsxələrdən bəhs olunur. Müəllif onları “mürəkkəbat” adlandırır. Bu dərmanlardan bəziləri 50-60 və daha çox bitkilərdən ibarətdir. Həsən İbn Rza Şirvaniyə məxsus bu əsərin əlyazma nüsxələri Azərbaycan MЕA-nın M.Füzuli adına Əlyazmalar Institutunda və еləcə də İranın əlyazma xəzinələrində saxlanır.
Əd.: E.Mehralıyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s. 51