(1858, Şamaxı ş. – 1928) – memar, mülki mühəndis. Əslən polyakdır. Yaradıcılığı Bakı şəhəri ilə sıx bağlıdır. Çox güman ki, valideynləri 1859 ildə baş vermiş dağıdıcı Şamaxı zəlzələsindən sonra Bakıya köçmüşlər.
1886 ildə Sankt-Peterburq Bədaye Akademiyasını bitirmiş, Bakı şəhər idarəsində texnik işləmişdir. 1896 ildən isə Bakı texniki məktəbində müəllimliyə başlamışdır. Əsasən klassik memarlığın order sistemində birmərtəbəli evlərdən tutmuş üçmərtəbəli evlərə qədər çoxlu binalar tikmişdir.
Skibinski o dövrün digər memarları kimi, Şərq memarlıq motivlərindən istifadə etmişdir.
Əsərlərində Bakı və Abşeronun qədim memarlıq ənənələrindən ilham almışdır.
Əd.: “Keçmiş Persidkaya küçəsindəki sehrli bina və onun “Şamaxılı müəllifi”, 2013, www.elkhan-suleymanov.az, s. 15
ışdır.