Üç minillik Azərbaycan dövlətçilik tarixində özünəməxsus yerə malik Şirvanşahlar dövləti, iki min ildən artıq bir müddətdə Cənubi Qafqazın və Yaxın Şərqin sosial-iqtisadi və siyası tarixində də mühüm rol oynamışdır. Şirvanşahlar dövləti Şimali Azərbaycan ərazisində yaranmış ilk dövlətlərdən biri olaraq Azərbaycan dövlətçilik tarixinə ən üzunömürlu bir dövlət kimi daxil olmuşdur.
Antik və Orta əsr tarixçilərinin məlumatına görə Qafqaz Albaniyasının mərkəzi vilayətlərini özündə birləşdirən Şirvan, şimalda Dərbənd keçidindən, cənubda Kür və Araz çaylarınadək, şərqdə Xəzər dənizindən, qərbdə Gəncəbasara qədər uzanırdı.
Tarixin müxtəlif dövrlərində Bərdə, Beyləqan, Gəncə, Şəki, Təbriz, Ərdəbil, Qəbələ, Dərbənd kimi şəhərləri öz nüfuz dairələrinə tabe etdirən Şirvanşahlar Gürcüstan, Cənubi Azərbaycan və Dağıstan ərazilərində baş verən siyasi proseslərə də nüfuz edirdilər.
Şirvan tarixinin müxtəlif dövrləri antik və orta əsr Şərq, Avropa, rus, sovet, Azərbaycan alimləri; Plini, Sekund, Ptolomey, Movses Kalankatlı, Yeğışe, Favstos Buzand, Əbu Hamid, əl-Əndəlusi əl-Qərnati, Yaqut Həməvi, Zəkəriyyə əl-Qəzvini, əl-Məsudi, əl-Bəlazuri, əl-Yəqubi, əl-İstəxri, Əbu Dülaf, Əhməd ibn Lütfüllah (Münəccimbaşı), Kəmal əd-Din ibn əl Füva- ti, İbn əl-Əsir, İbn Havqəl, Əbdürrəşid ibn Salih ibn Nuri əl-Bakuvi, Şihab əd-Din Məhəmməd ən-Nəsəvi, Sədr əd-Din Əli əl-Hüseyni, Həmdullah Qəzvini, Fəzlullah Rəşid əd-Din, Əbu- bəkr Tehrani, Məhəmməd ibn Bəkra, İskəndər bəy Türkman Münşi, Əbdürrəzaq Səmərqəndi, Qiyasəddin Hümam əd-din əl-Hüseyni Xandəmir, Həsən bəy Rumlu, Fəzlullah ibn Ruzbihan Xunci, Ş.Bidlisi, A.A.Bakıxanov, M.H.Vəliyev (Baharlı), V.V.Bartold, İ.Y.Kraçkovski, K.V.Trever, B.A.Dorn, N.V.Xanıkov, V.M.Beylis, V.F.Minorski, Y.A.Paxomov, İ.P.Petruşevski, D.D.Kuymcan, S.B.Aşurbəyli, Z.M.Bünyadov, N.M.Vəlixanlı, M.S.Neymət, Ə.V.Rəhimov, A.B.Nuriyev, C.İbrahimov, C.A.Xəlilov, H.Ə.Ciddi, M.Ə.Seyfəddini, Ş.F.Fərzəlibəyli, A.A.ƏIizadə, O.A.Əfəndiyev, Y.M.Mahmudov, Ə.M.Rəcəbli, Q.C.Cəbiyev, M.C.Xəlilov və A.A.Quliyevin əsərlərində məlumat verilir.
V.F.Minorski “Şirvan və Dərbəndin tarixi” əsərində Şirvanşahları dörd sülaləyə ayırd edir: 1. Sasanilərin dağ keçidlərini mühafizə üçün təyin etdikləri qədim Şirvanşahlar; 2. Məzyədi ərəblər; 3. Kəsranilər; 4. Üçüncü sülalənin bir qolu olan Dərbəndilər.
A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində Qazi Beyzavinin “Nizam ət-Tavarix” əsərinə istinadən Şirvanşahlar dövlətinin əsasının Ərdəşir Babakan nəslindən olan Bəhram Çubin tərəfindən qoyulduğunu qeyd edir. Kəmal əd-Din ibn əl Füvati Şirvanşah III Fəribürz ibn Gərşəsbdən bəhs edərkən göstərir ki, o, “qədim xanədan nəslindəndir”. Onun nəsli Bəhram Çubindən başlayir. Onların Şirvan və Şamaxı məmləkətinə sahib olduqları vaxtdan iki min ildən çox vaxt keçir. Onlar Xosrovların (Sasanilərin) sərkərdəsi (kand əl-əsakir) Bəhram Çubinin nəslindəndirlər [15, s. 213; 1, s.50-51; 8, s.70-71]. H.Zotenberq Bəhramın arşaki mənşəli mehrani nəslindən olan iri mülkədar Vərəxran Güşnəsbinin oğlu olduğunu bildirir [26, p. 643]. Qazı Əhməd Qaffari “Tarixi Cahanara” əsərində Şirvanşahların Xosrov Ənuşirəvanın nəslındən olmasını bildirir.
Fəzlullah Rəşidəddin (1247-1318-ci illər) “Məkatibat”ında oğlu Əli üçün nişanladığı Şirvanşahın qızı haqqında danışarkən göstərir ki, “Şirvanşahlar Dərbənd hökmdarı nəslindən olan qədim xanədandır. İki min ilə yaxındır ki, sultan taxtı onların nəslinə məxsusdur…” Onun hesablamasına görə Şirvanşahlar hələ Əhəmənilər dövründən hakimiyyət sürmüşlər.
Ərəb tarixçisi Həmzə İsfahani Bələzurinin məlumatına görə sasanilər imperiyanın sərhədlərini türklərin hücumundan qorumaq üçün burada istehkamlar tikir, sərhəd hakimlərinə şah titulu verirdilər. Beləliklə, Sasani şahənşahından asılı Vəxranşah (qabanlar şahı), Şirvanşah (şirlər şahı), Filanşah (fillər şahı), Alanşah (qarğalar şahı) meydana çıxdılar. Onların geyimlərinin üzərində qaban, şir, fil və qarğa təsviri verilirdi [25, s. 22]. Digər ərəb tarixçisi Əl-Məsudi şah titulu bağışlanmış hakimlər sırasında Təbəsaran şah, Xursan şah, Vardan şah, Varaxzan şah və Şərvan şahın adlarını çəkir.
Orta əsr mənbələrində şahənşah I Xosrov Ənuşirəvanın (531-579-cu illər) islahatından sonra Azərbaycanın şimalında yarımmüstəqil Şirvanşahlar, Layzanşahlar və Xursanşahlar dövlətlərinin yaranması haqqında da məlumat verilir.
Şirvanşahlar sülaləsinin əfsanəvi banisi Bəhram Çubin Sasani hökmdarı IV Hörmüzün (579-590-cı illər) yaxın qohumu və tanınmış sərkərdə idi. O Sasani ordusunun komandanı kimi şərqdə türklərin yürüşlərinin qarşını ala bilmiş, bundan sonra şahənşah tərəfindən bizanslara qarşı vuruşan Sasani ordusunun baş komandanı təyin edilmişdi. Bəhram Çubin ilk döyüşlərdə bizanslılara qalib gəlsə də, sonradan ağir məğlubiyyətə düçar olmuşdu. Qəzəblənmiş IV Hörmüzün Bəhramı vəzifəsindən uzaqlaşdıraraq ona təhqiramiz məktub, cəhrə, qadın paltarı göndərməsi, üsyanın başlanmasına səbəb olmuşdu. Təhqir edilmiş Bəhram qoşununu paytaxt istiqamətinə çevirmişdi. Qoşunun şahənşahdan üz çevirərək, üsyançılar tərəfinə keçməsi paytaxtda əyanların suiqəsd qurmasına səbəb olmuşdu. Belə ki, sahın yaxın qohumları, İspaxpat nəslindən olan Vindoe və Vistaxman qardaşları hakimiyyətin Bəhramın əlinə keçməsinə mane olmaq üçün, üsyançıları qabaqlayaraq IV Hörmüzü əsir alib, kor etmişdilər. Bir qədər sonra isə şahənşah qətlə yetirilmişdi. Suiqəsdçilər IV Hörmüzün oğlu Xosrovu şah elan etsələr də, bütün bunlar Bəhram Çubini Ktesifonu tutmaq niyyətindən daşındırmamışdır.
Öz ətrafına ümid etməyən Xosrov Ktesifonu tərk edib Bizans imperatoru Mavrikinin sarayına qaçmışdı. Bəhram Çubin müqavimətə rast gəlmədən Ktesifona daxil olub özünü şahənşah elan etmiş və bundan sonra VI Vərəxran (590-591-ci illər) adı ilə tanınmışdır. Sasani nəslindən olmayan bir şəxsin hakimiyyətə yiyələnməsi fars əyanlarının ondan üz döndərməsinə səbəb olmuşdu.
Öz növbəsində Bizans sarayında sığınacaq tapmış Xosrov, imperator Mavriki ilə danışıqlar apararaq, ona hərbi yardım göstərəcəyi təqdirdə, gürcülərin və ermənilərin yaşadıqları əraziləri Bizansa güzəştə gedəcəyinə söz vermişdi. Mavrikidən hərbi yardım alan Xosrov sərhədləri keçərək, Ktesifon istiqamətində yürüşə başlamışdır. Bu zaman Bəhramdan üz çevirmiş İran feodalları onun tərəfınə keçməyə başlamışdılar. Atropatenanın Qanzaka şəhəri yaxınlığında baş vermiş həlledici döyüşdə Xosrovun ordusu qalib gəlmişdir. Məğlub olmuş Bəhram Çubin Şərqə, türklərin diyarına qaçmış və bir müddət sonra qətlə yetirilmişdir.
X əsr ərəb tarixçisi ət-Təbərinin məlumatına görə raşıdı xəlifəsi Ömər ibn əl-Xəttab (634- 644-cü illər) Süraqə ibn Əmraya Dərbəndi zəbt etmək əmri vermişdir. Süraqə sərkərdələri Bukayr ibn Abdullahı və Ədürrəhman ibn Rəbiə əl-Bəhilini irəli göndərərək Şirvana doğru hərəkət etmişdir. Dərbənd yaxınlığında Şırvanşah Şəhriyar ərəbləri qarşılayaraq, öz tabeçiliyini bildirmişdir. Xəlifə Ömərin əmri ilə Şəhriyar Şirvan hakimi kimi tanınmışdır. Əmir Süraqə ilə bağlanmış sazişə görə Şəhriyar cizyə vergisindən azad edilmiş, Dərbənd keçidini xəzərlərin hücumundan qorumaq ona həvalə olunmuşdu.
Şirvanşahlar dövlətinin yüksəlişi məzyədilər sülaləsinin hökmranlığı ilə bağlıdır. Qeyd edək ki, məzyədilər xilafət dövründə Azərbaycan və Ərməniyyənin canişinləri idilər və mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək müstəqil siyasət yürütməyə başlamışdılar.
Məzyədilər ərəb mənşəli Rəbiə tayfasının Şeybanilər nəslindən idilər. Xəlifə Osman ibn Əffanın (644-656-cı illər) hakimiyyəti dövründə Arranı işğal edən Salman ibn Rəbiə bu sülalənin nümayəndəsi olmuşdur. Həmin sülalənin nümayəndəsi Yəzid ibn Məzyəd Abbasi xəlifəsi Harun ər-Rəşidin (789-809-cu illər) əmri ilə Azərbaycan və Ərməniyyənin canişıni təyin edilmişdi. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən məzyədilər müstəqil siyasət yürütməyə çalışırdılar. Canişinin iqamətgahı Bərdədə yerləşirdi. Şəhər zərbxanasında xəlifə və canişinin adından sikkələr zərb edilirdi. 801-ci ildə Yəzid ibn Məzyəd ölərkən Bərdədə dəfn olunmuşdu. Onun ölümündən sonra qardaşı Əhməd ibn Yəzid və oğlanları Əsəd, Xalid və Məhəmməd növbə ilə Cənubi Qafqazın canişini təyin edilmişdi. 859-cu ildə Məhəmməd ibn Yəzid canişinliyin iqamətgahını Gəncəyə köçürmüşdür.
Münəccimbaşının məlumatına görə Xalid ibn Yəzidin dörd oğlu var idi – Məhəmməd, Əli, Yəzid və Heysəm. 861-ci ildə Heysəm ibn Xalid (861 -881 -ci illər) özünü Şirvanşah, onun qar- daşı Yəzid ibn Xalid isə Layzanşah elan etmişdi. Bu zaman Məhəmməd ibn Xalid Gəncə ha- kimi idi. Sirvanşahların paytaxtı Şirvan şəhəri, Layzanşahlığın paytaxtı Lahıc idi.
Şirvanşah-Məzyədilərsülaləsinin hökmdarları uzun müddət sacilər, salarilər, ruslar, rəvvadilər, şəddadilər, səlcuqlar, atabəylər, gürcülər, monqollar, çobanilər, cəlairilər, qaraqoyunlular, ağqoyunlular və səfəvilərə qarşı mübarizə apararaq öz müstəqilliklərini qorumağa çalışmışdılar.
Şirvanşahlar sülaləsinin yüksəlişınin yeni mərhələsi Şirvanşah-Dərbəndilər sülaləsinin hökmranlığı dövrünə təsadüf edir.
XIV əsrin sonlarında Şirvanda xırda feodalların və kəndlilərin zadəganlar əleyhinə üsyanı baş vermişdi. Şirvanşah Hüşəng h. 748-ci (1382-ci il) ildə onun qəddarlığından qəzəblənmiş öz rəiyyəti tərəfindən öldürülmüşdü. Hüşəngin vəliəhdi olmadığından, Şirvan zadəganları onun əmisi oğlu Şeyx I İbrahimi taxta çıxarmışdılar.
Şeyx I İbrahimin atası Sultan Məhəmməd ibn Keyqubad vaxtı ilə Dərbənd hakimi olmuşdu. Şirvanşah Kavus (1357-1369-cu illər) və Huşəngin (1369-1382-ci illər) hakimiyyəti dövründə Sultan Məhəmməd və onun oğlu İbrahim təzyiqlərə məruz qalaraq Şəki kəndlərinin birində gizlənməyə məcbur olmuşdular. Hüşəngin ölümündən sonra Şamaxıdan gəlmiş nümayəndə heyətinin üzvləri İbrahimi məhz Şəkidə, mənbələrin verdiyi məlumata görə öz tarlasında işdən sonra yuxuya getdiyi zaman tapmışdılar. Şeyx I İbrahimin Şirvanşah seçilməsi haqqında belə bir hekayə var: – “İbrahimi şah seçmək qərarına gəlmiş Şirvan zadəganları hökmdarlıq ləvazimatı olan dövlət atları və məiyyətlə İbrahimin yanına yollandılar. Gördülər ki, o işləyib yorulduqdan sonra şumlanmış cərgənin yanındakı ağacın altında uzanıb yatmışdır. Onlar İbrahimin üzərində çadır qurub şah məiyyəti kimi kənara çəkildilər və onun oyanmasını gözləməyə başladılar. I İbrahim oyananda təbrik edib, ona sədaqət andı içdilər. Onlar I İbrahimi şəhərə (Şamaxıya) gətirib taxta oturtdular və tezliklə o, ölkələr fəth etməyə başladı, öz təbəələri ilə ədalətlə rəftar etdi, onların ürəklərinə dinclik gətirib, səxavət göstərdi. Mövqeyi möhkəmləndi və o, geniş tanınaraq məşhurlaşdı. Qeyd edək ki, I İbrahimdən başlayaraq Şirvanşah məzyədi-kəsrani sülaləsi Dərbəndi adlandırılmağa başlayır.
Şirvanşah Şeyx I İbrahimin (1382-1417-ci illər) hakimiyyəti dövründə Şirvanşahlar dövləti çətin siyasi vəziyyətlə üzləşir. Belə ki, 1385-ci ildə Şimaldan Qızıl Orda hakimi Toxtamış xanın, cənubdan isə Mavərrənnəhr və Türküstan hökmdarı Əmir Teymurun hücumuna məruz qalır. I İbrahim baş vəziri qazi Əbu Yəridin ona dağlarda gizlənmək təklifini qəbul etməyib, Əmir Teymur ilə görüşməyi qərara alır. Şirvanşah Teymurun adından xütbə oxunmasını və sikkə kəsilməsini əmr edir və ona itaətini bildirmək üçün bahalı hədiyyələrlə fatehin düşərgəsinə yollanır.
I İbrahim türk-monqol adət-ənənəsinə uyğun olaraq Teymura doqquz sayda hədiyyə və səkkiz qul təqdim edir. Teymurun ona qulların nə səbəbdən səkkiz olduğuna dair verdiyi suala, “doqquzuncu qul mən özüməm” cavabını verir. Bu cavabdan xoşhal olan Əmir Teymur I İbrahimi oğlu adlandırıb, ona fəxri libas bağışlayır və onu Şirvan-Şamaxı hakimi təyin edərək, öz torpaqlarına qayıtmasına icazə verir.
- 787-ci ildə (1385-1386-cı illər) Toxtamış xanın sərkərdəsi Bek Fulatın rəhbərliyi altında 90 minlik cuci ordusu Dərbənd keçidindən keçərək Şirvana hücum edir. Şirvanşah I İbrahim bahalı hədiyyələrlə Toxtamış xanın görüşünə gedərək Şirvan şəhərlərinin dağılmasının qarşısını almağı bacarır. O, Şirvan məscidlərində Toxtamış xanın adından xütbə oxunmasını, zərbxanalarda sikkə zərb edilməsini əmr edir. Bu sikkələr Cəlairi pul-çəki sistemi ilə zərb edilirdi. Sikkələrin üzərində Şirvanşahın adı qeyd olunmurdu. Şirvanşahlar zərbxanaları Toxtamış xanın adından dirhəmləri h.792-ci ilin (1388-1389-cu illər) sonuna qədər zərb etmişlər.
Cuci qoşunu Şirvandan keçərək Təbrizə hücum edir və böyük qənimət əldə edib geri Qızıl Ordaya qayıdır.
- 789-cu ildə (1387-ci il) Toxtamış xan yenidən Şirvana soxulur. Kür sahilində Əmir Teymurun və Şirvanşah İbrahimin birləşmiş qüvvələri, habelə onlara köməyə gələn Miranşahın hərbi qüvvələri qızıl ordalıları darmadağın edib Dərbənddən qovub çıxarırlar.
- 797-ci ildə (1395-ci il) ƏmirTeymur Şirvanşah I İbrahimin müşayiəti ilə Dərbəndi keçərək Qızıl Orda torpaqlarına daxil olur. Müttəfiqlər Toxtamış xana qalib gələrək, onu qaçmağa məcbur edirlər.
I İbrahimin müdrik siyasəti nəticəsində Azərbaycan torpaqları Qızıl Orda xanlarının hücumundan birdəfəlik olaraq qurtula bilmişdilər. Şirvanşah Şeyx I İbrahim ƏmirTeymurun ən yaxın müttəfiqi kimi onun bütün yürüşlərində iştirak edirdi.
Belə ki, Əmir Teymur Osmanlı Sultanı İldırım Bəyazidə qarşı yürüş edərkən Şirvanşah I İbrahim də onu müşayiət edirdi. Şəmşəddin Məhəmməd əs-Səxavinin məlumatına görə Teymur h. 803-cü ildə (1400-cü il) Şam torpaqlarına daxil olarkən onu müşayiət edən I İbrahim
Teymurun 1399 və 1402-ci iilərdə Gürcüstana yürüşlərində I İbrahim və Sidi Əhməd öz qoşunları ilə onu muşayiət etmişlər. Əmir Teymur gürcülərə amansız divan tutmuş, aman di- ləyən gürcü hökmdarı Georginin elçilərini rədd etmişdir. Yalnız Şeyx İbrahim iltimas edərək Georgiyə zamin durduqdan sonra, Teymur onu bağışlayıb, üzərinə ağır vergi qoymuşdur. Georgi Əmir Teymurun təhriki ilə İslam dinini qəbul etmişdir.
XIV əsrin sonlarında Cəlairilər dövlətinin tərkibində olan Cənubi Azərbaycan torpaqları Mavərənnəhr və Türküstan hakimi Əmir Teymur tərəfindən işğal edildi. Təbriz, Marağa, Sərab, Zəncan, Urmiya, Mərənd, Ərdəbil, Xoy və digər şəhərlər işğal edildi, əhalisinin bir hissəsi Mərkəzi Asiyanın Səmərqənd, Ürgənc, Buxara və s. şəhərlərinə köçürüldü. Şirvanşah Şeyx I İbrahim Şimali Azərbaycan torpaqlarını təcavüzdən qorumaq üçün Əmir Teymurun görüşünə gedərək, ona tabe olduğunu bildirdi. I İbrahimin diplomatik gedişi Sirvan torpaqlarını dağıntılardan xilas etdi və o, öz müstəqilliyini qismən də olsa, qoruyub saxlaya bildi.
Azərbaycanın işğalından sonra Azərbaycan zərbxanaları Cağatay Sultanı Soyurqatmış və Əmir Teymurun adından sikkə zərb etməyə başladılar. İlk-əvvəl bu sikkələr elxani-cəlairi pul- çəki sistemi ilə zərb edilsə də, Əmir Teymurun üçüncü yürüşündən sonra Azərbaycan zərb- xanaları cağatay pul-çəki sistemi ilə yeni sikkə nominalları – təngə və miri zərb etməyə başladılar.
Bu dövrdən başlayaraq Cəlairi və Şirvanşahlar dövlətinin zərbxanaları pul dövriyyəsinə gümüş dirhəm dinarlarla yanaşı, həm də təngə və miri buraxmağa başladılar. Təngələr Şirvanşah, Qaraqoyunlu, Ağqoyunlu və ilk Səfəvi hökmdarlarının zamanında əsas pul nominalına çevrilmişdi.
Şeyx I İbrahimin hakimiyyəti illərində Bakı, Şamaxı, Şabran, Dərbənd, Mahmudabad, Güştəsbi, Qəbələ zərbxanaları Əmir Teymur, Toxtamış xan, Sultan Əhməd, Sultan Pir Budağ və Əmir Qara Yusifin adından sikkələr zərb edirdi. Sikkələrin uzərində Şirvanşahın adı göstərilmirdi. I İbrahimin çevik siyasəti sayəsində Şirvan işğalçı qoşunları tərəfindən dağıntıya məruz qalmamış, əhalisinin xəzinəyə verdiyi vergi qonşu ölkələrdəki qədər ağır olmamışdır.
ƏmirTeymurun ölümündən sonra, onun varisləri arasında baş verən çəkişmədən istifadə edən Şirvanşah Şeyx I İbrahim asılılıqdan azad olmuşdur. Bu I İbrahimlə ƏmirTeymurun nəvəsi Mirzə Ömər arasındakı dostluğu düşmənçiliyə çevirmişdir.
Siyasi vəziyyətdən istifadə edən I İbrahim Kürü keçərək Gəncənin və Qarabağın böyük bir hissəsini tutur. I İbrahimin siyasi gücünün artması iri feodalların onun ətrafında birləşməsinə səbəb olur. Onların sırasında Gürcü çarı Konstantin, Şəki hakimi Sidi Əhməd, Qarabağdakı qaramanlı tayfasının əmiri Yar Əhməd və Cəyirli tayfasının Əmiri Bəstam Cəyir də var idi.
I İbrahimin bu hərəkətindən qəzəblənən Mirzə Ömər Arazı keçərək Kür çayı istiqamətində hərəkət edib çayın sağ sahilində Babi kəndində düşərgə salır. Şeyx I İbrahim, Əmir Bəstam Cəyir, Yar Əhməd Qaramanın oğulları və şəkili Sidi Əhməd Bərdəni tərk edərək Kür sahilinə gəlirlər. Düşmən qoşunları bir həftə ərzində çayın əks sahilində üz-üzə dayansalar da, hərbi əməliyyatlara başlamağa cürət etmirlər. Bu zaman Miranşahın və Əbu Bəkrin Sultaniyyəni və Cənubi Azərbaycanın bir sıra şəhərlərini tutması xəbərini alan Mirzə Ömər Şirvanşahla barışaraq Qarabağı tərk edir.
1406-cı ilin baharında Təbrizdə teymurilərə qarşı üsyan baş verir. Üsyanın başında şəhərin tamğaçısı Şeyx Əxi Qəssab və digər sənətkar sexlərinin rəisləri dururdular. Şeyx I İbra- him Azərbaycan torpaqlarını birləşdirmək məqsədi ilə Təbrizə doğru hərəkətə başlayır. Onun müttəfiqlərindən biri Bəstam Cəyir I İbrahimi qabaqlayaraq Təbrizi tutsa da, Şeyx I İbrahimin şəhərə yaxınlaşmasını görüb Ərdəbilə çəkilir.
Şeyx I İbrahim may ayının axırlarında Təbrizə daxil olur. O, şəhər əhalisindən yığılan ve- rgilərin qaytarılmasını tələb edir və Ucana tərəf yollanır. I İbrahimin əmri ilə Təbriz zərbxanası Qızıl Orda şahzadəsi Şadi bəyin adından sikkə zərb etməyə başlayır. Təbriz zərbxanası ilə bərabər Şirvan zərbxanaları da Şadi bəyin adından gümüş dirhəm və təngələr zərb etməyə başlayırlar. Bu sikkələrin zərbi h. 812-ci ilə (1409-1410-cu illər) kimi davam etmişdir. H. 812- ci ildən (1409-1410-cu illər) başlayaraq isə Şirvan zərbxanaları anonim sikkələr zərb etməyə başlayırlar.
- 809-cu ilin məhərrəm (iyun 1406-cı il) ayında Sultan Əhməd Cəlairinin və Əmir Qara Yusif Qaraqoyunlunun Təbrizə qayıtması xəbərini alan Şeyx I İbrahim Cənubi Azərbaycanı tərk edərək Şirvana qayıdır.
Təbrizə girmiş Sultan Əhməd bir müddət sonra teymuri Əbu Bəkr tərəfindən buradan sı- xışdırılır. Sultan Əhməd Bağdada çəkilməyə məcbur olur.
1406-cı ildə Qara Yusifin qüvvələri teymuri Əbu Bəkrin ordusunu Şənbi Qazan yaxınlığın- da darmadağın edirlər. 1408-ci ildə Əmir Qara Yusifin orduları Miranşah və Əbu Bəkrin qüv- vələri ilə üz-üzə gəlir. Şahruxun 20 min döyüşçüdən ibarət kömək göndərməsinə baxmayaraq, qaraqoyunlular teymurilərə qalib gələrək, onları Azərbaycandan qovub çıxarırlar. Döyüş zamanı Miranşahın özü də öldürülür.
Qara Yusifın nüfuzunun artması və Cənubi Azərbaycanda güclənməsi Sultan Əhmədi narahat edirdi. O, Qara Yusifin ağqoyunlu Qara Osman Yuluğa qarşı Ərzincana yürüşündən istifadə edərək Təbrizə hücum edir. Sultan Əhmədin Təbrizə hücumu xəbərini alan Qara Yusif ağqoyunlulara qarşı yürüşünü dayandıraraq, geri qayıtmağa məcbur olur. Döyüşdən qabaq hər iki tərəf yardım üçün Şirvanşah Şeyx I İbrahimə müraciət edir. Şeyx İbrahim Şirvanşahlar dövləti üçün böyük təhlükə törətməyən daha gücsüz Sultan Əhmədin tərəfini saxlamağı qərara alır. O oğlu Keyumərsi qoşunla Sultan Əhmədin yanına Təbrizə göndərir.
1410-cu il avqustun 30-da Qara Yusifin və Sultan Əhmədin qoşunları Təbriz ətrafında Şənbi Qazan adlanan yerdə bir-biri ilə üz-üzə gəlirlər.
Gərgin keçən döyüş qaraqoyunluların qələbəsi ilə sona yetir. Yaralı Sultan Əhməd ələ keçirilərək edam olunur. Cəlairilər dövləti süqut edir, onun yerinə Qaraqoyunlular dövləti yaranır.
Qeyd edildiyi kimi, Şənbi Qazan döyüşündən əvvəl Şeyx I İbrahim oğlu Keyumərsi Sultan Əhmədin köməyinə göndərir. Lakin Şirvan qoşunları gəlib yetişənə qədər Qara Yusif cəlairiləri məğlub edərək Sultan Əhmədi edam etdirir. Bu hadisələrdən xəbərsiz Keyumərs Təbriz yaxınlığında düşərgə salır. Gecə Qara Yusifin qoşunları hücuma keçərək Keyumərsi əsir alır və o Ərciş qalasına salınır. Oğlunun əsir alındığını eşidən Şeyx İbrahim onun geri qaytarılması üçün Əmir Qara Yusifə böyük məbləğdə pul təklif edir. Lakin Qara Yusif Keyumərsi təmənnasız azad edib, onunla atası Şeyx İbrahimə tabe olmaq tələbli məktub göndərir. Şirvanşah Keyumərsin xəyanət etməsindən şübhələnərək onu edam etdirir.
Keyumərsin edamını eşidən Qara Yusif Qarabağa yollanır. O, buradan Şeyx I İbrahimə məktub göndərib ona tabe olmaq təklifini edir. Müstəqilliyini itirmək istəməyən I İbrahim öz müttəfiqləri Şəki hakimi Sidi Əhməd və gürcü hökmdarı II Konstantlnlə birlikdə on iki minlik süvari qoşunla Qara Yusifin üzərinə yeriyir. H. 815-ci ilin şaban ayında (1412-ci il noyabrın 6-dan dekabrın 4-dək) Kür sahilində döyüş Qaraqoyunluların qələbəsi ilə sona çatır. Şirvan- şah I İbrahim, Sidi Əhməd, II Konstantin, gürcü çarının qardaşı, 300 aznaur, Şirvanşahın oğlanları Qəzənfər, Əsədulla, Mənuçöhr, Əbdürrəhman, Nəsrətullah və Haşim, qardaşı Şeyx Bəhlul, Şirvanın adlı-sanlı adamları əsir düşür. Qara Yusif sıravi Şirvan döyüşçülərini təmənnasız olaraq azad etsə də, gürcü əsirləri edam etdirir. Üç yüz aznaur, gürcü hökmdarının qardaşı qılıncdan keçirilir. II Konstantin Qara Yusifin oğlu Pir Budağ tərəfindən edam edilir.
Qaraqoyunlu ordusu Şirvana hücum edib Şamaxı və digər şəhərləri tarmar edir. Şirvanşah Şeyx İbrahimin böyük nüfuza malik olduğunu başa düşən Qara Yusif onu öldürtməyib, 1200 İraq tüməni müqabilində azad edir. Təbrizin tacir və sənətkarları başda Şeyx Əxi Qəssab olmaqla Şeyx İbrahimin azad edilməsi üçün Qara Yusifin xəzinəsinə təyin edilmiş məbləğ miqdarında mal ödəyirlər. Şirvanşah Qara Yusifdən vassallığı qəbul edərək, h. 816-cı ilin (1413-ci il) baharında Şirvana qayıdır. Bu dövrdən başlayaraq Şirvan zərbxanaları Qara- qoyunlu hökmdarı Sultan Pir Budağ və Əmir Qara Yusifin adından məscidlərdə xütbə oxut0mağa və zərbxanalarda gümüş təngə, dirhəmlər və mis felslər zərb etməyə başladı. Şirvanşah I İbrahimin Əmir Qara Yusifdən asılılığı nominal xarakter daşıyırdı.
- 820-ci ildə (1417- ci il) Şeyx I İbrahimin ölümündən sonra onun taxta çıxmış oğlu I Xəlilullah, Qara Yusifin başının teymurilərlə müharibəyə qarışmasından istifadə edərək, ona tabe olmaqdan əl çəkib teymurilərlə əlaqələr qurmağa başladı. Şirvan zərbxanalarında artıq Sultan Şahrux bahadurun adından sikkələr zərb olunurdu. I Xəlilullah da atası kimi öz adından sikkə zərb etdirməmişdir. Onun hakimiyyəti illərində Şirvan zərbxanaları teymuri və qaraqoyunlu hökmdarlarının adından gümuş dirhəm və təngələr zərb etməklə bərabər, anonim sikkələr də zərb edirdilər.
- 823-ci ilin zülqədə (1420-ci ilin noyabr) ayında Qara Yusif Əmir Teymurun oğlu Sultan Şahruxla olan döyüşdə ağır yaralanaraq Ucan adlanan yerdə vəfat etdi. Qara Yusifin ölümündən sonra qaraqoyunlu qüvvələri parçalandılar. Hakimiyyəti ələ keçirmiş Qara İskəndər Şahruxun qabağında duruş gətirə bilməyərək qaçdı. Təbrizi tutduqda sonra h. 823-cü il (1420-ci il) Sultan Şahrux qışlamaq üçün Qarabağa gəldi. H. 823-cü il zülhiccə ayının 10-da (17 dekabr 1420-ci il) Şirvanşah I Xəlilullah (1417-1465-ci illər) qardaşı Mənuçöhr ilə birlikdə, qiymətli hədiyyələrlə onun hüzuruna gəldilər. Şahrux Mənuçöhrü yanında xidmətə götürdü.
- 824-cü il rəbiül-əvvəl ayının 29-da Qaraköpək adlanan yerdə (Füzuli rayonu) I Xəlilul- lahın toyu oldu. I Xəlilullahın ƏmirTeymurun oğlu Miranşahın nəvəsi (Əbubəkrin qızı) ilə evlənməsi teymuri xanəgahı ilə şirvanşahlar xanəgahı arasında olan əlaqələri daha da genişləndirdi. Sultan Şahruxla qohumluğa arxalanan Şirvanşah I Xəlilullah öz mövqeyini gücləndirdi və qonşu dövlətlərlə diplomatik əlaqələr qurmağa başladı. O, öz elçisi Məhəmməd Bakuyini Osmanlı Sultanı I Mehmetin (1413-1431-ci illər) yanına göndərərək, ona Qaraqoyun- lulara qarşı koalisiyaya qoşulmağı təklif etdi. Lakin qaraqoyunlularla əski müttəfiq olan Sultan I Mehmet bu təklifdən imtina etdi.
- 824-ci ildə (1421-ci il) Alaşkert döyüşündə Sultan Şahrux qaraqoyunlu Qara Iskəndəri məğlub etdi. Bu döyüşdə Şirvanşah I Xəlilullah da iştirak edirdi. Qaraqoyunlu feodallarını özünə tabe edən Sultan Şahrux 1421-ci ilin payızında Azərbaycanı tərk edərək Orta Asiyaya qayıtdı.
Şahruxun getməsindən istifadə edən Qara İskəndər yenidən Təbrizi tutaraq öz mövqeyini möhkəmləndirdi.
- 828-ci il (1425-ci il) Qara İskəndər Şirvana hücum etdi. Şirvanşah Xəlilullahın qardaşları Keyqubad, İshaq və Haşım onun əleyhinə çıxdılar. Xəlilullah yardım üçün Sultan Şahruxa müraciət edir və onun köməyi ilə qardaşlarının üsyanını yatırdır.
I Xəlilullahın hakimiyyəti illərində Şirvanşahlar dövləti tərəqqi edir. Bakıda onun əmri ilə Şirvanşahlar saray kompleksinin tikilməsinə başlanılır. Şirvanın bir sıra yerlərində qalalar, qəsrlər, qala divarları, yaşayış binaları, məscidlər, hamamlar, karvansaralar, körpülər inşa olunur.
Şirvanşah Xəlilullahın teymuri Sultan Şahruxla dostluğu Qara İskəndəri qəzəbləndirirdi. 1428-ci ildə Sultan Şahrux sərkərdə Əliyə Kükəltaşın başçılığı ilə Azərbaycana qoşun gön- dərir. 1429-cu ilin mayında 100 minlik Şirvan və teymuri süvari qoşunu Salmas yaxınlığında Qara İskəndəri məğlub edib Əlincə qalasını ələ keçirir. Bu savaşdan sonra Sultan Şahrux Qaraqoyunlu taxtını Qara Yusifin oğlu Əbu Səidə həvalə edir və qışlamaq üçün Qarabağa yollanır.
Baş verən siyasi hadisələr dövrün sikkəşünaslığında öz əksini tapmışdır.
Muradxan dəfinəsində h.833-ci ildə (1429-1430-cu illər) Ərdəbildə zərb edilmiş bir nüsxə gümüş təngə aşkar edilmişdir. Sikkə anonim zərb edilsə də, tipoloji xüsusiyyətlərinə görə onun I Xəlilullah tərəfindən zərb edildiyi şübhə doğurmur. Qeyd edək ki, Azərbaycan torpaqlarını birləşdirməyə can atan Şirvan hakimləri dəfələrlə cənub torpaqlarına yürüş etmişdilər. Belə ki, I İbrahim Təbrizə yürüşü zamanı zərb etdirdiyi təngələr Qızıl Orda şahzadəsi Şadibəyin adından vurulmuşdur. Ərdəbil zərbxanasının istehsalı olan anonim təngə isə, çox guman ki, Sultan Şahruhun qaraqoyunlulara qarşı yürüşü zamanı ona yardıma gedən Şirvanşah I Xəlilullah tərəfindən zərb edilmişdir. Ola bilsin ki, gələcəkdə Şirvanşahlar sülaləsi ilə Ərdəbil şeyxləri arasında yaranmış münaqişənin səbəbi də, Şirvan hakimlərinin səfəvi şeyxlərinin vəqfləri sayılan Ərdəbili tutması və bura iddiaları ilə bağlı idi.
- 834-ci ildə (1430-cu il) Sultan Şahrux Azərbaycanı tərk edib Herata dönür. Bundan istifadə edən Qara İskəndər h. 835-ci il (1431-ci il) Təbrizi tutub qardaşı Əbu Səidi öldürür. H. 836-cı il (1436-cı il) Qara İskəndərin oğlu Yar Əli iki min süvari ilə atasının yanından qaçaraq I Xəlilullahın yanına gəlir. Yar Əlini qaytarmaq tələbinə rədd cavabı alan İskəndər Şirvana hücum edir. I Xəlilullah ona pənah gətirmiş Yar Əlini Bakı limanından gəmiyə mindirib dəniz yolu ilə Herata göndərir. Mənbələrin məlumatına görə Qaraqoyunlu ordusu Şirvana iki dəfə – h. 831-ci il (1427-1428-ci illər) və h. 837-ci il (1433-1434-cü illər) hücum etmişdir. Qara İskəndərin ordusunun əsgərləri Şirvanın çiçəklənən şəhər və kəndlərini dağıdaraq əkin sahələrini, bağları viran qoymuş, 300-dən artıq Şirvan alimini edam etmişlər.
Mirxondun məlumatına görə Xəlilullah Mahmudabaddan Güştəsbi hakimi Xalıq Birdi vasitəsi ilə Qara İskəndərin Şirvana hücumu xəbərini çatdırmış və ondan yardım istəmişdir [31, s. 332-333].
1434-cü ilin payızında Heratdan Azərbaycana doğru hərəkət edir. Xəlilullah dəniz yolu ilə Reyə Şahruxun pişvazına gedir. Qara İskəndər Sultan Şahruxun gəlməsini eşidib Şirvanı tərk edir. Tərəflər arasında baş vermiş döyüş, Şahruxun qələbəsi ilə nəticələnir. Məğlub olmuş İs- kəndər Əlincə qalasında gizlənməyə məcbur olur. O, h. 840-cı ildə (1436-1437-ci illər) oğlu Şah Qubad tərəfindən qətlə yetirilir.
Sultan Şahrux h. 839-cu ildə (1435-1436-cı illər) Təbrizə daxil olaraq, Qara Yusifin kiçik oğlu Cahanşahı Qaraqoyunlu hakimi təyin edir və qışlamaq üçün Qarabağa yollanır.
- 838-ci ildə (1434-1435-ci illər) Xəlilullah qardaşı Fərruxzadla birlikdə Sultan Şahruxun yanına – Ucana onun görüşünə gedir.
İskəndərin ölümündən sonra I Xəlilullah Qaraqoyunlu hakimi Cahanşahla əlaqələr quraraq, dinc quruculuq işlərinə başlayır. Lakin bir qədər sonra Şirvan torpaqları yenidən düşmən təhlükəsi ilə qarşılaşmalı olur. Bu Ərdəbilli Şeyx Səfiəddinin nəticəsi Cüneydin meydana çıxması ilə əlaqədər idi. Şeyx Cüneyd Uzun Həsənin bacısı Xədicə ilə evlənib aktiv siyasət yürütməyə çalışaraq, Şirvanı ələ keçirmək üçün hazırlıq görməyə başlayır.
O, bu hücumu Dağıstandakı dinsizlərə qarşı cihad kimi qələmə vermək istəyirdi. 1460-cı ildə Cüneydin 10.000 nəfərlik hərbi qüvvələri Şirvana hücum edir. Qaraqoyunlu hökmdarı Ca- hanşahdan hərbi yardım alan Şirvanşah I Xəlilullah Samur çayının sol sahilində Qıpçaq kəndinin yaxınlığında Cüneydin müridlərini məğiub edir. Bu döyüş zamanı Cüneyd oxla qətlə yetirilir. Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə sağ qalmış müridləri onun meyidini Samurun sağ sahilində Külxan kəndində (Qusar rayonunun Həzrə kəndi) dəfn edirlər. Cüneydin Şirvana hücumu zamanı I Xəlilullahın əmisi oğlu Təhmuras da (Şeyx Bəhlulun oğlu) qətlə yetirilir. O da atası kimi Şirvan ordusunun başçısı, əskir əl-ümara idi. Onun Şirvanşahlar sarayında qəbri üzərində ölüm tarixi hicri 863-cü il cümada ül-axir ayı (5 aprel- 4 may 1459-cu il) kimi verilmişdir.
Şirvanşahlar sarayı ərazisində I Xəlilullahın h. 839-cu ildə (1435-1436-cı illər) anası və oğlu üçün tikdirdiyi türbədə onun bir sıra ailə üzvlərinin qəbirləri aşkar edilmişdir.
I Xəlilullahın saray şairi Bədr Şirvaninin verdiyi məlumata görə Şirvanşahın 5 oğlu olmuşdur.
Şirvanşah I Xəlilullah 1465-ci ildə öldükdən sonra Şirvanşahlar taxtına onun oğlu Fərrux Yasər (1465-1500-ci illər) yiyələnmişdir. Fərrux Yasərin hakimiyyəti illərində Şirvanşahlar dövləti Ərdəbil hakimləri şeyx Heydərin və onun oğlu İsmayılın hücumlarına məruz qalmışdır. 1500-ci ildə Ərdəbil hakimi İsmayılın orduları Şirvana hücum edərək, Cabanı döyüşündə Şirvan ordusuna qalib gəlib Şamaxını ələ kecirir. Şirvanşah Fərrux Yasər döyüşdə həlak olsa da, hakimiyyətə yiyələnmiş oğlu Qazı bəy şəfəvilərə tabe olmaqdan imtina edir. Sonrakı illərdə I İsmayılın Sirvana iki yürüş edib Şamaxını tutmasına baxmayaraq, Şirvanşahlar öz müstəqilliklərini qoruyub saxlamağa müvəffəq olmuşlar. Səfəvilər Şirvanşahlar dövlətinin varlığına yalnız 1538-ci ildə, Şah I Təhmasibin hakimiyyəti illərində son qoya bildilər.
XVI əsrin ortaları – XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri dövründə məzyədi-dərbəndi sülaləsinin nümayəndələrinin Şirvanşahlar dövlətini yenidən bərpa etmək cəhdləri uğursuzluqla nəticələndi.
A.Quliyev, Q.Cəbiyev, F.Xəlilli “Muradxanlı dəfinəsi”. Bakı, Elmin İnkişafı Fondu, 2012