Şamaxı rayonu Qızmeydan i.ə.d.-də kənd. Qozlu çayının yuxarı axında sol qollarından biri olan Pirbəyli çayının sahilində yerləşir. Əhalisi 184 nəfərdir (2009), 38 təsərrüfatı var.
Toplanılan materiallar kəndin ilk sakinlərinin Xaltan nahiyəsindən köçüb gələn ailələr olduğu aşkarlanmışdır. 19 əsrin 1886 il əhalinin siyahıyaalınması sənədlərındə xatırlanmır. Lakin 20 əsrin əvvəllərində Bakı quberniyasının Şamaxı qəzası Qoşun sahəsindəki Qonaqkənd icmasında Pirbəyli adlı kənd qeydə alınmışdır. Yaşayış məntəqəsi pirbəyli nəslinə mənsub ailələr tərəfındən salındığı üçün həmin nəslin adını daşıyır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 157
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.43