Şamaxı r-nu Mirikənd kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin Şm.-ş ətəyindədir. Əhalisi 799 nəfərdir (2009), 170 təsərrüfatı var.
19 əsrə aid bir mənbədə Bakı quberniyasının Şamaxı qəz. Qoşun sahəsinin Meysəri kənd icmasına daxil olan Mirikənd kəndinin adı (35 ailə. 206 nəfər əhali) qeydə alınmışdır.
Kəndin adı burada məskunlaşmış qaravəlli tayfasına mənub bir qrup ailələrin başçısı olmuş Miri adlı şəxsin adı ilə bağlıdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 111
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.45