Şamaxı r-nu Talışnuru kənd i.ə.d.-nin mərkəzi. Pirsaat çayının sol sahilində, Qızmeydanı platosundadır. Əhalisi 317 nəfərdir (2009), 77 təsərrüfatı var. 1886 il əhalinin siyahıyaalma sanədlərində Şamaxı qəzasının Qoşun sahəsində Talışnuru kəndi (27 ailə, 309 nəfər əhali) və Talış Məlik Ümud kəndi (74 ailə, 333 nəfər əhali) qeydə alınmışdır.
Keçmiş adı Kiçik Avaxıl olmuşdur. Talış və Nuru sözlərindən ibarətdir. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşamış 63 tüstüdən ibarət talış tayfasına mənsub bir qrup ailənin yaylaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Nuru tayfa başçısının adıdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 231
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.111