(27.5.1907, Şamaxı – ?) – istilik energetikası sahəsində alim. Texnika e. d. (1963), professor (1964). Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1971). Azərbaycan Neft Kimya İnistutunda buxar, qaz turbinləri və istilik-elektrik stansiyaları kafedrasının müdiri olmuşdur. Real və dissosiasiya olunan qazların hərəkətinin əsas tənliklərini araşdırmış, yüksək və ifrat yüksək təzyiqli axınlarda, həmçinin dissosiasiya olunan və ionlaşan qazlarda zərbə dalğasının intensivliyini təsvir edən yeni düstur təklif etmiş, qazodinamik funksiyalar üçün tənliklər, magistral qaz kəmərlərinin hesablanması üçün düsturlar vermişdir və s. Bir sıra məqalələri xarici elmi mətbuatda çap olunmuşdur. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti var.
Əd.: ASE, VII cild, Bakı, 1983 s.380