(8.6.1962, Bakı) – Azərbaycan tarixçisi, arxeoloq, tarix üzrə fəlsəfə doktoru, professor. Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının və Türkiyə Akdeniz Universitetinin professorudur. Bakı Dövlət Universitetini bitirmişdir. 20 ildən artıq bir müddət ərzində Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyalarda yaxından iştirak etmiş, 2001-07 illər ərzində Bakı arxeoloji ekspedisiyasının rəhbəri olmuşdur. “Bakı-İçərişəhər” 2 cildlik monoqrafiyanın, ümumilikdə 9 kitab, 100 – dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqaləsinin müəllifidir. Bir sıra beynəlxalq konfransların iştirakçısıdır.
Məlumat K.ibrahimovdan alınmışdır.