(13.12.1954 – Şamaxı r-nunun, Məlikçobanlı k.) – torpaqşünas, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru (1984). Bakı Dövlət Universitetini bitirmişdir. Elmi-tədqiqat işlərinin əsas istiqamətləri respublikada yayılan əsas torpaq tiplərində hidrofiziki, istilik-fiziki və elektrik-fiziki xassələrinin təsiredici amillərdən asılılıqlarının laboratoriya və çöl şəraitində tədqiqindən ibarətdir. Azərbaycan Turizm və Menecment Universitetinin dosentidir. Ölkədə və xaricdə dərc olunmuş 115 məqalənin müəllifidir.
Məlumat Ç.Gülalıyevdən alınmışdır.