(16.2.1950, Şamaxı r-nunun, Cəyirli k.) – Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (1996), professor (1997). Bakı Dövlət Universitetini bitirmişdir. Əsas tədqiqat sahəsi diferensial operatorların spektral nəzəriyyəsi ilə bağlıdır. Ölkədə və xaricdə dərc olunmuş 150-dən artıq elmi əsərin və dərs vəsaitinin müəllifidir. Azərbaycan MEA Riyaziyyat və Mexanika İnstitutunda funksional analiz şöbəsinin və Bakı Qızlar Universiteti riyaziyyat, informatika və təbiət fənnləri kafedrasının müdiridir. Elmi kadrların hazırlanmasında xidmətləri vardır.
Məlumat H.Aslanovdan alınmışdır.