(15.8.1970, Bakı) – tarixçi, arxeoloq. Tarix elmləri üzrə fəlsəfə doktorudur. (2006). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1998 ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışır. Numizmatika şöbəsinin müdiridir (2009 ildən). Şamaxı-Xınıslı arxeoloji ekspedisiyasının rəhbəri təyin edilmiş, Xınıslı, (Şamaxı), Nərgizava (Ağsu) abidələrində arxeoloji qazıntılar aparmış, Şamaxı (Gülüstan qalası, Buğurt qalası, Qurd- təpə yaşayış yeri, Pirsaat kurqanları, Çuxuryurd kurqanları, Əngəxaran yaşayış yeri), İsmayıllı (Hacıhətəmli nekropolu, Çərmədil nekropolu) və Ağsu (Nərgizava nekropolu, Dilman nekropolu) rayonları ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmişdir. “Azərbaycan Arxeoloqlar Cəmiyyəti” içtimai birliyinin təsisçilərindən biri və sədr müavini, “Arxeoloq” (www.arxeoloq.az) internet jurnalının baş redaktorudur. Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır.
Məlumat A.Quliyevdən alınmışdır.
Məlumat A.Quliyevdən alınmışdır.