(16.5.1951, Şamaxı ş.) – Azərbaycan filoloqu, filologiya elmləri doktoru (2007), professor (2012). Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiridir (2009 ildən). Elmi fəaliyyəti əsasən türkologiya və Azərbaycan dilçiliyi ilə əlaqədardır. Bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, 100-ə yaxın elmi məqalənin müəllifidir. Elmi kadrların hazırlanmasında xidmətləri var.
Əd.: “Bakı Dövlət Universitetinin professorları”, “Bakı Universiteti nəşriyyatı”, 2014, s.284