Qazbek, Sultan Məhəmməd Qazi (? – 1501/02) – Şirvanşah [1501/02]. Fərrux Yasarın oğlu. Dərbəndilər sülaləsindən idi. Atasının sağlığında Bakı və Mahmudabad şəhərlərinin, Güştasfi və Salyan vilayətlərinin hakimi təyin edilmişdi. Qardaşı Bəhram bəyin ölümündən sonra hakimiyyətə keçmiş və cəmisi altı ay hakimiyyətdə olmuşdu. Şah İsmayılın Bakıya hücumu zamanı (1501) Şirvanın dağ qalalarını müdafiəyə hazırlamışdı. Qazıbəy şəhərdə olmadığından, Bakının müdafiəsinə arvadı rəhbərlik edirdi. Qazıbəyi qiyam qaldırmış oğlu Sultan Mahmud öldürmüşdür. Onun dövründə Qazbeki (Qazıbəyi) adlı mis sikkələr kəsilmişdi.
Əd.: ASE, II cild, Bakı, 1978, s.572