XIV-XVI ƏSRLƏRDƏ ŞİRVANŞAHLAR DÖVLƏTİNİN PUL TƏDAVÜLÜ VƏ SİKKƏ ZƏRBİ
Üç minillik Azərbaycan dövlətçilik tarixində özünəməxsus yerə malik Şirvanşahlar dövləti, iki min ildən artıq bir müddətdə Cənubi Qafqazın və Yaxın Şərqin sosial-iqtisadi və siyası tarixində də mühüm rol oynamışdır. Şirvanşahlar dövləti Şimali Azərbaycan ərazisində yaranmış ilk dövlətlərdən biri olaraq Azərbaycan dövlətçilik tarixinə ən üzunömürlu bir dövlət kimi daxil olmuşdur.