Şamaxı Cümə məscidi – on üç əsrin ibadət yeri
Azərbaycan memarlığında VII əsrin ortalarından yeni dini bina tipi – məscid obrazı formalaşmağa başlamışdır. İslam dininin gəlməsi ilə bağlı Azərbaycan ərazisində inşa edilmiş ilk məscid örnəkləri, demək olar ki, qalmamışdır. Ancaq indi mövcud olan məscidlərimizin bir neçəsinin inşaat tarixi, xalq rəvayətləri Azərbaycanda ərəblərin hakim olduqları illərə bağlayır. Belə məscidlərdən biri Şamaxı Cümə məsciddir.