(16.2.1906, Şamaxı – 14.5.1976, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiya e.d. (1943), prof. (1944), Azərbaycan SSR EA akademiki (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1960), Azərbaycan SSR EA vitse-prezidenti və Azərbaycan SSR EA geologiya-kimya elmləri və neft bölməsinin sədri (1945-47), Azərbaycan SSR EA Rəyasət Heyətinin üzvü və Yer elmləri bölməsinin akademik katibi (1959-76) eyni zamanda Geologiya İnstitutunda petrologiya laboratoriyasının rəhbəri (1947-76) olmuşdur. Әzizbəyov Qafqazın geologiyasına, maqnetizminə və metallogeniyasına dair bir sıra aktual problemləri həll etmişdir. O, həmçinin müxtəlif mənşəli faydalı qazıntı yataqlarının formalaşmasını, onların paylanması qanuna uyğunluqlarını tədqiq etmişdir. Naxçıvanda və Talışda apardığı geoloji tədqiqatların nəticəsində bu regionların geoloji, tektonik, struktur-formasion xəritələrini tərtib etmişdir. Onun elmi-tədqiqat işləri müxtəlif faydalı qazıntı yataqlarının axtarışı və kəşfi üçün əsas olmuşdur. Geologiya, petroqrafiya va faydalı qazıntılara aid bir çox elmi əsərin müəllifidir. Çoxcildli “Azərbaycanın geologiyası” monoqrafiyasının müəlliflərindən biridir. Qırmızı Әmək Bayrağı, Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.
Əd.: ASE, IV cild, Bakı, 1980, s.147
“Azərbaycanın geoloq və geofizik alimləri”, “Nafta-Press” nəşriyyatı, 2004, s.136