(22.11.1908, Şamaxı – 24.9.1958, Bakı) – səhiyyə təşkilatçısı. Azərbaycan SSR əməkdar həkimi (1943). 1937 – 43 illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı tibb təhsili idarəsinin rəisi, Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru, Azərbaycan KP MK elm və məktəblər şöbəsinin müdiri olmuşdur. 1943 ildə SSRİ Xarici İşlər komissarının müavini, 1944 ildən ömrünün sonunadək Azərbaycan SSR xarici işlər komissarı (1946 ildən Azərbaycan SSR xarici işlər naziri), eyni zamanda Azərbaycan SSR Səhiyyə naziri (1950-53), Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru (1953-58) vəzifələrində işləmişdir. SSRİ Ali Sovetinin (1-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2 çağırış) deputatı olmuşdur. Qırmızı Əmək Bayrağı ordeni, 2 “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.
Əd.: ASE, 1980. Bakı. s. 175