(2.2.1867, Şamaxı – 01.05.1918, Qusar r-nunun Əniq k.) – Azərbaycan etnoqrafı, pedaqoq. Qori müəllimlər seminariyasını bitirmiş (1888), əvvəlcə Bakı quberniyasının Lahıc kəndində (1893 ilədək), sonra Bakıda müəllimlik etmişdir.
Lahıcda işlərkən Әfəndiyev Azərbaycan xalqının adət-ənənələri, etiqadları və s. haqqında zəngin material toplamışdır. Həmin materialları “Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza” məcmuəsində, “Həyat”, “Dəbistan”, “İrşad” “Kavkaz” qəzet və jurnallarında çap etdirmişdir. Ərəb və fars dillərindən tərcümələri də var. “Dəbistan” jurnalının redaktoru olmuşdur.
Əd.: ASE, IV cild, Bakı,1980, s.245