(1910, Şamaxı – 30.5.1967, Bakı) – Azərbaycan aktyoru, rejissor. Azərbaycan SSR əməkdar artisti (1943). 1932 ildən Bakı Türk İşçi Teatrında aktyor kimi fəaliyyətə başlamış, 1939 ilədək Kirovabad (indiki Gəncə) Dram Teatrında çıxış etmişdir. Azərbaycanın ilk peşəkar kino aktyorlarından biri olan Әfəndiyev 1936 ildə “Məhəbbət oyunu” filmində, sonralar “Yeni horizont”, “Səbuhi”, “Vətən oğlu”, “Fətəli xan”, “Sevimli mahnı”, “Qara daşlar”, “O olmasın, bu olsun” və s. filmlərdə çəkilmişdir. “Arşın mal alan” (1945) filmindəki Süleyman obrazı Әfəndiyevin kinoda yaratdığı ən yaxşı rollardandır. “Kölgələr sürünür” (1958, Ş.Şeyxovla birgə) bədii filminin rejissoru olmuşdur.
Əd.: ASE, IV cild, Bakı, 1980, s. 245