(24.6.1937, Şamaxı r-nunun Əngəxaran k. – 4.7.2000, Bakı) – zooloq, biologiya elmləri namizədi. Bakı Balıqçılıq Texnikumunu və Moskva Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Zoologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışmış, balıqçılıq təsərrüfatlarına rəhbərlik etmişdir. Əsas tədqiqat sahəsi Xəzər dənizində çəki balıqlarının inkişafı ilə bağlıdır. Bir sıra elmi əsərlərin müəllifidir.
Məlumat ailəsindən alınmışdır.