(13.1.1962, Şamaxı ş.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (2014). Bakı Dövlət Universitetini bitirmişdir. 1997 ildən AMEA Milli Azərbaycan Tarixi Muzeyində elmi işçi kimi iş fəaliyyətini davam etdirmişdir. 2009 ildən ekspozisiyanın təhlükəsizliyi üzrə muzeyin direktor müavini vəzifəsində çalışır. Türkiyə, İspanya, Misir, Gürcüstan, İtaliya, BƏƏ, Bosniya və Herseqovina, Böyük Britaniyada keçirilən belnəlxalq elmi konfranslarda Azərbaycanın tarixi gerçəklikləri və epiqrafik materiallar haqqında elmi məruzələrlə çıxış etmişdir. 60-dan artıq elmi və elmi-populyar məqalənin müəllifidir. Tərəqqi medalı ilə təltif olunmuşdur (2010).
Məlumat H. Əliyevadan alınmışdır.