(17.2.1954, Şamaxı ş.) – sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. “Yeni Şirvan” qəzeti redaksiyasında fotomüxbir kimi əmək fəaliyyətinə başlamış, Şamaxı rayon Komsomol Komitəsində təlimatçı və ikinci katib, Azərbaycan KP Şamaxı rayon Komitəsində təlimatçı, Şamaxı şəhər XDS İcraiyyə Komitəsinin sədr müavini və sədri vəzifəsində çalışmışdır. 1994 ilin mart ayından Şamaxı Humanitar Kollecinin direktorudur. “Azərbaycan milli teatr tarixində aktyor plastikasının xüsusiyyətləri ” adlı elmi işin və bir çox elmi məqalənin müəllifidir.
Məlumat R. Əliyevdən alınmışdır.