(30.12.1950, Şamaxı ş.) – uroloq, tibb elmləri namizədi (1987). Azərbaycan Tibb İnstitutunu bitirmişdir. Respublika Uroloji Klinikasında, M.Mirqasımov adına Respublika Klink Xəstəxanasında çalışmış, respublikada ilk böyrək xəstəlikləri şöbəsinin yaradıcılarından biri olmuşdur. 1992 ildə Azərbaycan Səhiyyə Nazirliyinin göndərişi ilə Türkiyə Respublikasına uzunmüddətli ezamiyyətdə olmuşdur. Samsun şəhərində 19 Mayıs Universiteti, Ankarada Başkənt Universiteti və Beynəlxalq ECE Dializ Mərkəzində xəstələrə yardım etməklə bərabər, öz təcrübəsini türk həmkarları ilə bölüşmüşdür. 1998 ildən Azərbaycanda təsis olunan ilk özəl tibb müəssisəsi- Türk-Amerika Tibb Mərkəzinin yaradıcılarından biri və rəhbəridir. Avropa Nefroloji Cəmiyyəti, Yaxın Şərq Transplantoloqlar Cəmiyyəti, Türkiyə Nefroloji Dərnəyinin üzvüdür. Xaricdə çap olunmuş 1 monoqrafiya və 80-dən çox elmi məqalənin müəllifidir.
Məlumat R. Əliyevdən alınmışdır.