Əli Əkbər Namaz oğlu (1828, Şamaxı ş. – 1891, Şamaxı ş.) – şair. Mükəmməl mədrəsə təhsili almış, fars dilini öyrənmişdir. “Beytüs-səfa” ədəbi məclisinin üzvü idi. Əldə olan əsərləri əsasən məhəbbət mövzusunda yazılmış qəzəllərindən və dini mövzulara həsr edilmiş mərsiyələrdən ibarətdir. S.Ə.Şirvaninin yolu ilə getmiş, ona nəzirələr yazmışdır. Əsərləri pərakəndə halındadır, indiyə qədər toplanıb nəşr edilməmişdir.
Əd.: S.Qəniyev “Beytüs-səfa” ədəbi məclisi”, Bakı, “Elm və təhsil”, 2010, s.55