(1947, Şamaxı r-nunun Məlhəm k.) – Azərbaycan musiqiçisi, balaban ifaçısı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1989). Babası Ələsgər kişi öz dövrünün məşhur balaban ifaçısı olmuşdur. Ustadı olmasa da Həsrət Hüseynov, Ələfsər Şəkili, Manaf Məmmədovun ifalarından bəhrələnmişdir. Şamaxı şəhər mədəniyyət evində “Şirvan” folklor ansamblı təşkil etmişdir. Ölkə tədbirlərinin fəal iştirakçısı olmuş, Rusiya, Mərkəzi Asiya, Türkiyə, Bolqarıstan və s. ölkələrdə çıxış etmişdir. Misirdə keçirilən Beynəlxalq folklor festivalının laureatı olmuşdur.
Məlumat Azərbaycan Aşıqlar Birliyinin Şirvan bölməsindən alınmışdır.