(12.3.1923, Şamaxı r-nunun Əngəxaran k. – ?) – ictimai-siyasi xadim. Bakı Ali Partiya Məktəbini bitirmişdir. Azərbaycan dəmir yolunda işləmiş (1946-53), Azərbaycan KP MK-da məsul təşkilatçı, şöbə müdirinin müavini, sektor müdiri, Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi (1964-70), Bakı şəhər Nərimanov Rayon Partiya Komitəsinin 1-ci katibi (1971-81), Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981-86) vəzifələrində çalışmışdır. Təqaüdə çıxdıqdan sonra şəhər icra hakimiyyəti başçısının baş müşaviri olmuşdur. 8-9 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenləri, Laos dövlətinin baş ordeni ilə təltif olunmuşdur.
Əd.: K.Fərhadoğlu “Qədim Şirvan elinə səyahət”, Bakı, 2005