(20.8.1949 Şamaxı r-nunun Çaylı k. – 10.5.2004, Bakı) – solist-vokalist. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Təhsil illərində Azərbaycan Dövlət Filarmoniyasının xor kopellasında vokalist kimi fəaliyyət gostərmişdir. 1978 ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına təyinat almışdır. Teatrda artist-vokalist kimi işlədiyi müddətdə bir cox rollarda oynamışdır. 1988-96 illərdə H.Bağırovun yaratdığı Bakı “Tənqid-Təbliğ” Teatrında fəaliyyət gostərmişdir. 1996 ildən yenidən Musiqili Komediya Teatrına qayıtmış və ömrünün sonuna kimi solist-vokalist, eyni zamanda rus bölməsi üzrə aktyor truppasının müdiri kimi fəaliyyət göstərmişdir. Bir çox yaddalan obrazlar yaratmışdır. Filmlərdə çəkilmişdir.
Məlumat ailəsindən alınmışdır.