Şamaxı r-nunun Hacılı i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Çobançatladan dağının qərbindədir. Əhalisi 502 nəfərdir (2009), 123 təsərrüfatı var. Pirsaat çayının sol sahilində Çobançatladan dağının ətəyində yerləşən Kürdəmic kəndinin yerini çay sahilindəki dağüstü yayalaya dəyişməsi nəticəsində iki kənd əmələ gətirmişdir (Əhmədli və Hacılı). Kəndin adını Əhməd şəxs adı ilə bağlayırlar.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 178
N.Bəndalıyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.162