(?-1160) – Şirvanşah [1160]. Kəsranilər sülaləsindən idi. Mənuçöhr 1160 ildə öldükdən sonra Şirvanşahlar taxtına çox qısa müddətdə onun oğlu Əfridun çıxmışdır. Özündən sonra nə numizmatik, nə də digər başqa bir abidə qoymamışdır. Əfridunun adına onun oğlu Fəribürzün sikkələrində öz şəcərəsini göstərən yazılarda təsadüf edilir. Ehtimal ki, elə taxta çıxdığı ildə öldürlmüşdür.
Əd.: S.Aşurbəyli “Şirvanşahlar dövləti” ,Bakı, “Avrasiya Press”, 2006, s. 160